Ermənilər “Qarabağ bizimdir” şüarı üçün şallaqlanan Yusifə görə İrana təşəkkür etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ermənilər “Qarabağ bizimdir” şüarı üçün şallaqlanan Yusifə görə İrana təşəkkür etdi

Ermənilər “Qarabağ bizimdir” şüarı üçün şallaqlanan Yusifə görə İrana təşəkkür etdi

Müəllif: cavidan
//
25 Nisan 2019
//
//

Ermənilər “Qarabağ bizimdir” şüarı üçün şallaqlanan Yusifə görə İrana təşəkkür etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın İran səfəri zamanı ermənilərlə görüşdə "Arsax (Qarabağ) – bu, Ermənistandır” plakatının asılmasına etiraz olaraq, "Traktorsazi” klubunun azarkeşlərinin "Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirməsindən sonra təşkilatçı qismində saxlanılan Yusif Salaxşura 30 şallaq cəzası verilib. Azərbaycanda etirazla qarşılanan cəza Ermənistanda böyük sevincə səbəb olub.

Publika.az xəbər verir ki, "aysor” saytında İranın Qarabağa görə azərbaycanlıya cəza verməsini dəstəkləyən məqalə dərc olunub.

Müəllif Boqdan Atanesyan Cənubi Azərbaycandakı soydaşlarımızı "etniklər” adlandırır, Nizaminin, Füzulinin, Xəqaninin fars şairi olduğunu iddia edir və verilən cəzanı haqlı çıxarır. Atanesyan İranın de-fakto Dağlıq Qarabağ separatçılarını tanıdığını da iddia edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam