Bakıda müəllim şagirdi vuraraq hədələyib, polis araşdırır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda müəllim şagirdi vuraraq hədələyib, polis araşdırır

Bakıda müəllim şagirdi vuraraq hədələyib, polis araşdırır

Müəllif: cavidan
//
25 Nisan 2019
//
//

Bakıda müəllim şagirdi vuraraq hədələyib, polis araşdırır

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.

Report-un xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.

Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.

Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.

36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və Ədəbiyyat fənlərindən dərs deyir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam