“Hər şeyi açıqlayacağam” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Hər şeyi açıqlayacağam”

“Hər şeyi açıqlayacağam”

Müəllif: Anar
//
22 Aralık 2012
//
//

“Hər şeyi açıqlayacağam”

Əməkdar artist Mətanət İsgəndərli “Gəl xoşbəxt olaq” klipini təqdim edib. xeberleragentliyi.com-un məlumatına görə, uzun müddətdir, jurnalistlərdən kənar gəzən müğənni medianı başına toplayaraq mətbuat konfransı keçirib. Tanınmış maqazin jurnalisti Vüqar Kamiloğlunun aparıcılığı ilə baş tutan tədbirdə ilk olaraq sözləri və musiqisi Sevinc Mansurovaya məxsus “Gəl xoşbəxt olaq” mahnısına çəkilən klip təqdim olunub.

Gənc rejissor Ceyhun Kərimovun ekranlaşdırdığı klipdə toy səhnələri yer alıb. Müğənni bildirib ki, klipdə çəkilən bəy və gəlin onun bir il bundan öncə toylarında oxuduğu gənclərdir.


Müğənni bildirib ki, maliyyə çatışmazlığına görə iri layihələr həyata keçirə bilmir: “Mən indiyədək hər şeyi özüm etmişəm. Heç vaxt sponsorum olmayıb. Əgər bir layihəyə 70-80 min pul xərcləsəm, gərək onda yeməyim, içməyim, ac qalım. Ona görə də mən klip çəkdirməklə kifayətlənirdim. Əgər arxamda duran olsaydı, Azərbaycanda heç bir müğənni qarşıma çıxa bilməzdi. Sadəcə olaraq, mən abrımı, həyamı gözləyən adam olduğum üçün bütün işləri də özüm edirəm”.


Mətanət İsgəndərli bundan sonra gözlərini örtən qara tüllə görünəcəyini deyib: “Bunu mən niyə etmişəm sizə deyəcəyəm. Siz hamınız şoka düşəcəksiniz. Elə fikirləşə bilərsiniz ki, mən əməliyyat yolunmuşam ona görə belə edirəm. Yox, mən yeganə müğənniyəm ki, heç vaxt əməliyyat olunmamışam. Bundan sonra bir müddət məni bu qara tüllə görəcəksiniz. Vaxtı çatanda hər şeyi açıqlayacağam”.
Xəbər Lenti Giriş Populyar Reklam