DİM qabiliyyət imtahanlarının şərtlərini dəyişdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » DİM qabiliyyət imtahanlarının şərtlərini dəyişdi

DİM qabiliyyət imtahanlarının şərtlərini dəyişdi

Müəllif: cavidan
//
25 Nisan 2019
//
//

DİM qabiliyyət imtahanlarının şərtlərini dəyişdi
2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində deyib.

O bildirib ki, dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaqlar.

Şöbə müdirinin sözlərinə görə, dizayn ixtisası "Təsviri sənət" istiqamətinə daxil edilib: "Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkanı verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək". (report)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam