Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Müəllif: cavidan
//
22 Nisan 2019
//
//

Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun sadələşdirilməsi istiqamətində texniki cəhətdən daha bir yenilik etməyə hazırlaşır.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, yaxın vaxtlarda reallaşdırılacaq bu yenilik hüquqi şəxslərin təsis sənədlərində edilən dəyişikliklərin xüsusi proqram təminatı vasitəsilə onlayn rejimdə tətbiqini nəzərdə tutur. Bu yenilik sayəsində təsis sənədləri hazırda olduğu kimi kağız daşıyıcılarla deyil, elektron qaydada onlayn şəkildə təqdim olunacaq.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədlinin sözlərinə görə, real vaxt rejimində işləyəcək yeni proqramın tərtibi müvafiq qanunvericiliyə edilmiş dəyişikliklərdə də əksini tapıb. Eyni zamanda, xüsusi proqramla yanaşı, qanunvericiliyin tələbinə əsasən təsis sənədlərinə edilmiş dəyişiklikləri elektron imza ilə imzalayaraq aidiyyəti qeydiyyat orqanına elektron kabinet vasitəsilə təqdim edildiyi təqdirdə də müvafiq sənədlər qeydiyyata alınaraq şəxsin elektron kabinetinə göndəriləcək. Artıq bu prosesə başlanılıb, qanunvericiliyə müvafiq dəyişikliklər edilib, texniki tapşırıqlar verilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam