İslahatlar prosesi elə-belə elan olunmayıb - ŞƏRH » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İslahatlar prosesi elə-belə elan olunmayıb - ŞƏRH

İslahatlar prosesi elə-belə elan olunmayıb - ŞƏRH

Müəllif: cavidan
//
22 Nisan 2019
//
//

İslahatlar prosesi elə-belə elan olunmayıb - ŞƏRH

Ən əsas islahat insanların şüurlarında getməlidir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dilə gətirib.

S.Seyidov ölkə prezidentinin 16 illik, o cümlədən, 2018-ci ilin 11 aprel seçkilərindən sonrakı dövr ərzindəki fəaliyyətinin, həyata keçirilən islahatlar prosesinin Azərbaycanın milli maraqlarına cavab verdiyini, ölkəmizin dünyada mövqelərinin güclənməsinə, söz və nüfuz sahibi olmasına gətirib çıxardığını vurğulayıb.



S.Seyidov hesab edir ki, xüsusilə son bir il ərzində islahatlar prosesi elə-belə elan olunmayıb:

“Əvvəla, onu deyim ki, ən əsas islahat insanların şüurlarında getməlidir. O islahat isə məsuliyyət hissinin cəmiyyətin hər bir üzvü tərəfindən artırılmasından keçir. Məsuliyyət heç vaxt birtərəfli ola bilməz. Məmurun məsuliyyəti olsun, amma vətəndaşın yox və ya vətəndaşın məsuliyyəti çox, məmurun məsuliyyəti az olsun və sair.

Belə olmamalıdır. O, elə bir anlayışdır ki, hər kəs bunu anlamalı, başa düşməli, öz məsuliyyətini dərk etməlidir. Biz inkişaf etmiş, dünyada özünəməxsus bir yer tutmuş cəmiyyət, ölkə, məmləkət istəyiriksə, o zaman hər kəs özünü məsuliyyətli aparmalı, üzərinə düşən məsuliyyəti anlamalı, bilməlidir.

Yəni burada hamıdan - həm sıravi vətəndaşlar, həm siyasi partiyalar və onların təmsilçiləri, həm dövlət qurumları və dövlət məmurları, həm də siyasi rəhbərlərdən söhbət gedir. Ona görə cənab prezidentin elan etdiyi islahatlar prosesi, sadəcə, hansısa bir yerdəyişməsini və yaxud hansısa əlavə bir strukturun yaradılmasını, yaxud strukturların ləğvini özündə ehtiva etmir. Əsla, belə deyil.



Bunlar, əslində, Azərbaycanda sistem şəkilində görülmüş işlərə, vətəndaş məsuliyyətinə və ümumiyyətlə, cəmiyyətdə yaşanan hər bir məsələyə yeni baxışdır, yeni formada, yeni tərzdə fəlsəfi bir yanaşmanın başlanması deməkdir. Bu nöqteyi-nəzərdən islahatlar prosesi heç də elə-belə elan olunmayıb.

Görülmüş işlər bizləri o qədər böyük tellərlə inkişaf etmiş, artıq yüksək inkişaf səviyyəsində olan ölkələrlə bağlayıb ki, bu tellər ölkənin içərisində bütün sahələrdə dəyişdirilməsini tələb, vacib edən bir məsələ halına çətirib çıxarıb”.

Bu yerdə ölkə prezidentinin Novruz təbrikində islahatların davamlı olacağı, məhkəmə-hüquq sistemində, o cümlədən, təhsil və səhiyyə sahələrində də islahatlara start veriləcəyi ilə bağlı anonsuna toxunan S.Seyidov artıq məhkəmə-hüquq islahatları ilə bağlı ilkin addımların atıldığını deyib.

Eyni zamanda, əlavə edib ki, digər sahələrdə də bunun davamlı olması lazımdır və bunlar da mütləq olacaq:

“Məsələn, lokomotiv kimi öndə gedən, yəni enerji sahəsində əldə olunmuş beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi və təbii ki, bunun davamlı olması üçün bu məsələni, yəni təhsil və səhiyyə sahəsində də bunları təmin etmək lazımdır.

Hətta deyərdim ki, o iki məsələnin içərisində prioritet daha çox təhsildir. Əslində, səhiyyə də nəticə etibarilə təhsil deməkdir.

Bu nöqteyi-nəzərdən təhsilə diqqəti çox ciddi şəkildə yönəltməliyik və orada müasir standartlara cavab verən islahatlar aparmalıyıq. Bu məsələdə hər birimiz öz məsuliyyətimizi bilməliyik”.

S.Seyidov bildirib ki, Azərbaycanın dövlət başçısının apardığı apardığı siyasət, görülən işlər hamısı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilib, istiqamətləndirilib:

“Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ problemi bizim xarici siyasətimizin, bütövlükdə dövlət siyasətimizin ən əsas prioritetlərindən biri hesab olunur. Son bir ildə cənab prezidentin gördüyü işlər bu siyasətə həm iqtisadi, həm siyasi, həm hərbi nöqteyi-nəzərdən gözəçarpan bir güc verib.

Ona görə bu gün gündəmdə olan danışıqlar, ermənilərin bir gün bir söz deməsi, səhəri gün başqa fikrə düşməsi, danışıqlarda iştirak edib, danışıqlardan dərhal sonra əldə olunmuş razılıqlardan imtinası, yenidən danışıqlar stolu arxasına əyləşməsi və onu tərk etməsi, bunlar hamısı Azərbaycanın apardığı siyasətin və gördüyü işlərin nəticəsi kimi qiymətləndirilməlidir”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam