26 yaşlı qadını amansızlıqla öldürdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 26 yaşlı qadını amansızlıqla öldürdü

26 yaşlı qadını amansızlıqla öldürdü

Müəllif: Anar
//
31 Ekim 2012
//
//

26 yaşlı qadını amansızlıqla öldürdü
Oktyabrın 31-nə keçən gecə Şəmkir rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Xuluf kəndində, kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Vurğun Cahangir oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Kərimova Nəcibə Cahid qızını qətlə yetirib. Gecə saatlarında 29 yaşlı V.Kərimov həyat yoldaşını məcburi şəkildə evdən təxminən 200-300 metr məsafədə yerləşən istixananın yanına aparıb. Burada o, 26 yaşlı həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra o mobil telefonu ilə polisə zəng vurub və polisə “arvadımı öldürdüm, gəlin məni aparın” deyib.

Məlumata görə, ailənin 2 uşağı qalıb. V.Kərimov hadisənin uşaqların gözü önündə baş verməməsi üçün Nəcibəni kənara apardığını bildirib. O hadisəni ailədaxili münaqişə zəminində törətdiyini də qeyd edib.

V.Kərimov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Fakt üzrə cinayət işi başlanılıb. Qətlin səbəbləri araşdırılır.
Diandra 24 Aralık 2016 21:23
That's the thnniikg of a creative mind

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam