“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

Müəllif: cavidan
//
19 Nisan 2019
//
//

“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

"Facebook” şirkəti milyonlarla "Instagram” istifadəçisinin şifrəsini oxuna bilən formatda saxlayıb.

Bu barədə "RİA Novosti” korporasiyaya istinadən məlumat yayıb.

"Biz "Instagram” istifadəçilərinin oxuna bilən formatda olan əlavə şifrələr loqunu aşkarlamışıq. Bizim hesablamalara görə, bu, milyonlarla "Instagram” istifadəçisinə aiddir”, - deyə məlumatda qeyd olunur.

"Facebook” şifrələri həssas olan belə istifadəçilərə bildiriş göndərməyə söz verib.

Araşdırma nəticəsində şirkət əməkdaşlarının bu şifrələrdən istifadə etmədiyi müəyyənləşib.

Qeyd edək ki, "Facebook” korporasiyası 2012-ci ilin aprel ayında "Instagram” sosial şəbəkəsini satın alıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam