“Elşadla Hüseyn məni maraqlandırmır” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Elşadla Hüseyn məni maraqlandırmır”

“Elşadla Hüseyn məni maraqlandırmır”

Müəllif: Anar
//
21 Aralık 2012
//
//

“Elşadla Hüseyn məni maraqlandırmır”

Uzun müddətdir, efirlərdə görülməyən məşhur reper Anar Nağılbaz şəxsi həyatı ilə gündəmə gələn həmkarlarını sərt ittiham edib. xeberleragentliyi.com-a açıqlama verən reper bildirib ki, şou aləmində bir çoxu şəxsi həyatı ilə gündəmə gəlir: “Mən heç zaman şəxsi həyatımla gündəmə gəlməmişəm. Hətta ailə quranda da mediaya icazə verməmişdim. Sadəcə mediada olan 1-2 dostum məndən xəbərsiz çəkib, yayımlamışdılar. Xoşlamıram ki, şəxsi həyatıma kimlərsə müdaxilə etsin, suallar versin. Amma həmkarlarım Elşad Xose və Hüseyn Dərya gündəmə gəlmək üçün şəxsi həyatlarından istifadə edirlər. Mən hər zaman bunun əleyhinə olmuşam. Bu reklam üsulu gündəmə gəlməyin ən ucuzudur. Elşadla Hüseyn məni maraqlandırmır. Məni yaradıcılıq işləri ilə məşğul olan həmkarlarım maraqlıdır”
Xəbər Lenti Giriş Populyar Reklam