Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

Müəllif: cavidan
//
17 Nisan 2019
//
//

Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G.Şərifova barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən beş yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam