Eldar və Nigar dekabrın 21-i Albaniyaya gedəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Eldar və Nigar dekabrın 21-i Albaniyaya gedəcək

Eldar və Nigar dekabrın 21-i Albaniyaya gedəcək

Müəllif: Anar
//
21 Aralık 2012
//
//

Eldar və Nigar dekabrın 21-i Albaniyaya gedəcək

Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal Albaniyaya səfər edəcəklər. xeberleragentliyi.com-un məlumatına görə, müsabiqə qaliblərinin bu ölkəyə səfəri Albaniyanın “Eurovision 2013” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi məqsədi ilə dekabrın 22-də keçiriləcək milli finalda qonaq qismində iştirak etməkdir. Eldar Qasımov deyib ki, onlar Nigar Camalla birgə yəni dekabrın 21-də bu ölkəyə gedəcəklər.

Albaniyanın “Eurovision 2013”lə bağlı milli finalında Eldar və Nigar cütlüyü qalib mahnı “Running Scared”i, eyni zamanda yeni bir duetlə çıxış edəcəklər. “Eurovision 2012”dəki təmsilçisinin final seçiminə dəvət olunan qalib duet, gərgin iş qrafiki səbəbindən bu səfəri reallaşdıra bilməmişdi. Bu il yenidən ölkənin milli finalına dəvət alan Ell&Nikki, bu dəfə bu təklifi gerçəkləşdirmək qərarını verib. Eldar və Nigarın qatılacağı milli finalda Albaniyanın “Eurovision 2013” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşəcək.
Xəbər Lenti Giriş Populyar Reklam