Ronaldu 9 il sonra ilk dəfə » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ronaldu 9 il sonra ilk dəfə

Ronaldu 9 il sonra ilk dəfə

Müəllif: cavidan
//
17 Nisan 2019
//
//

Ronaldu 9 il sonra ilk dəfə

Portuqal hücumçu Kriştianu Ronaldunun komandası Çempionlar Liqasının 1/4 finalının mərhələsini tərk edib.

Xeberleragentliyi.com goal.az-a istinadən xəbər verir ki, Ronaldunun çıxış etdiyi Turinin "Yuventus" klubu Çempionlar Liqasının 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə "Ayaks"a uduzub.

Qeyd edək ki, qarşılaşmanın 28-ci dəqiqəsində hesabı Kriştiano Ronaldu açıb. Lakin "Yuventus" bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Qarşılaşmanın ikinci hissəsində kapitan Matteys De Liqt "Ayaks"ın qələbə topuna imza atıb.

Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə Çempionlar Liqasının 1/4 final mərhələsini tərk edib.

Daha əvvəl Ronaldo 2010/11-ci illərin mövsümündən başlayaraq daim "Real Madrid"lə Çempionlar Liqasının yarımfinallarında oynayıb. Buna qədər isə portuqaliyalı 2006-cı ildən 2009-cu ilə qədər "Mançester Yunayted"lə üç dəfə ən güclülərin dördlüyünə çıxıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam