Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi - FOTO

Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi - FOTO

Müəllif: cavidan
//
15 Nisan 2019
//
//

Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi - FOTO


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Milli.Az-a bildirib ki, iclasda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası" ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılıb, təkliflər verilib. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsiylə veteranlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək.



Sonra qurumun sözçüsü qeyd edib ki, iclasda İttifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün "Yeni nəfəs" Milli Mükafatı (pullu mükafat) təsis olunub. Bu mükafat hər il 2 avqust "Milli Kino" Günündə yaradıcıllıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək.

Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilib, kino sahəsində çalışan 30-dan çox şəxs İttifaqa üzv qəbul edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam