Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı

Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı

Müəllif: cavidan
//
15 Nisan 2019
//
//

Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı

İctimai Televiziyada (İTV) yayımlanan "Dağıntılar altında" serialında Şahmar obrazını yaradan aktyor Səmimi Fərhad yenidən layihəyə qayıdıb.

Xeberleragentliyi.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, maaşını vaxtında ala bilmədiyi üçün serialdan gedən aktyor kanal rəhbəri Balakişi Qasımovla görüşüb. Onlar müzakirələr apardıqdan sonra Səmimi Fərhad seriala qayıtmaq qərarına gəlib. Aktyor bu barədə sosial şəbəkədə yazıb:

"Görüşə "MediaMaster" şirkətinin rəhbəri Rüstəm Əliyev, rejissorumuz Tural Baxış və mən dəvət olunmuşduq. Görüş son dərəcə obyektiv və səmimi fikir mübadiləsi əsnasında keçdi. Mən ilk dəfə idi ki, modern rəhbər modeli gördüm. Qarşılıqlı müzakirəmizin nəticəsi olaraq, Rüstəm Əliyev bir daha ödənişdə gecikmə olmayacağına dair vəd etdi.

Mən də öz növbəmdə, hörmətli Balakişi Qasımovun təklifinin və məni Şahmar obrazında sevib, ekran başında gözləyən tamaşaçılarımın haqqını qaytarmaq üçün, seriala geri döndüm".

Milli.Az
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam