Azərbaycanda bu tərkibli dərman vasitələri qadağan edildi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda bu tərkibli dərman vasitələri qadağan edildi

Azərbaycanda bu tərkibli dərman vasitələri qadağan edildi

Müəllif: cavidan
//
09 Nisan 2019
//
//

Azərbaycanda bu tərkibli dərman vasitələri qadağan edildi

Azərbaycanda fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Dərmanın qadağan olmasına səbəb xəstələrdə ürək ritm problemlərinə yol açmasıdır.


Belə ki, Avropa Dərman Agentliyinin bu ilin fevralın 15-də EMA/114407/2019 nömrəli "Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması” adlı sənəd dərc edilib.

Sənəddə agentlik farmakonəzarət üzrə risklərin qiymətləndirilməsi komitəsi (PRAC) uşaq və yetkinlərdə ağciyər xəstəlikləri ilə əlaqədar yaranan öskürəyin aradan qaldırılması üçün istifadə olunan fenspirid tərkibli dərman vasitələrinin Avropa Birliyində qeydiyyatının dayandırılması təklifini irəli sürüb.

Qeydiyyatın dayandırılması PRAC QT intervalının uzanması və "torsades de pointes” (ürək ritm problemlərinə yol aça bilən ürəyin elektrik fəaliyyəti anomaliyaları) riskini nəzərdən keçirir.

Fenspirid və ürək ritm problemləri arasındakı potensial əlaqəni araşdırmaq üçün fenspirid tərkibli dərman vasitələrinin insanlarda QT intervalının uzatma potensialına malik olduğunu göstərən heyvan tədqiqatları aparılıb.

Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən fenspirid tərkibli dərman vasitələrinin təhlükəsizliyi və risk-fayda nisbəti araşdırılır. Bu müddətdə əhalinin sağlamlığının qorunması və pasiyentlərin potensial riskdən qorunması məqsədi ilə fenspirid tərkibli aşağıdakı dərman vasitələrinin bütün seriyaları geri çağırılıb.

Fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib.



Dərman vasitəsinin adı

BPA və dozası

Forması və ticarət qablaşdırmas

İstehsalçı şirkət, ölkə

1

Erespal

fenspiride hydrochloride 10 mg/5 ml

şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada

Les Laboratoires Servier İndustrie, Fransa

2

Erespal

fenspiride hydrochloride 80mg

örtüklü tabletlər №30

Les Laboratoires Servier İndustrie, Fransa

3

Tirfens

fenspiride hydrochloride 2 mg/ml

şərbət 100 ml flakonda №1, karton qutu qablaşmada, örtüklü tabletlər №28

World Medicine İlaç Sanayi ve Ticarət A.Ş., Türkiyə

4

Tirfens

fenspiride hydrohloride 80 mg

örtüklü tabletlər №20 (10x2), №30 (10x3), blisterdə karton qablaşmada

World Medicine İlaç San. ve Tic. А.Ş., Turkiyə
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam