Ədoğan: “Suriyada terrorizmi aradan qaldırmaqda qərarlıyıq” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ədoğan: “Suriyada terrorizmi aradan qaldırmaqda qərarlıyıq”

Ədoğan: “Suriyada terrorizmi aradan qaldırmaqda qərarlıyıq”

Müəllif: cavidan
//
08 Nisan 2019
//
//

Ədoğan: “Suriyada terrorizmi aradan qaldırmaqda qərarlıyıq”

Rusiya ilə ortaq anlaşma əsasında Suriyada milli təhlükəsizliyimizə qəsd edən terror ocaqlarını söküb atmaqda qərarlıyıq.
Publika.az xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri zamanı həmkarı Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransımnda deyib.

“Suriyanın şimalında ölkəmizin təhlükəsizliyi ilə Suriyanın ərazi bütövlüyünə təhdid yaradacaq bir struktura göz yummayacağımızı ifadə etdik”, – Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, bölgədə sülh və sabitlik baxımından İŞİD necə bir təhlükə yaradırsa, eyni təhlükəni YPG və PKK yaradır.

Vladimir Putin isə qeyd edib ki, gündəmdə “S-400”-lərin daşınmasının tamamlanması prosesi var.

“Türkiyə ilə iş birliyi çərçivəsində əlaqələrimizi inkişaf etdirmək barədə qərar aldıq. Astana prosesinin təminatçıları Rusiya və Türkiyə olaraq, Suriyada gərginliyin azaldılması üçün böyük səy göstəririk”, – Putin deyib.
Xəbər Lenti Giriş Populyar Reklam