Daha bir güləşçimiz ermənini məğlub etdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Daha bir güləşçimiz ermənini məğlub etdi

Daha bir güləşçimiz ermənini məğlub etdi

Müəllif: cavidan
//
08 Nisan 2019
//
//

Daha bir güləşçimiz ermənini məğlub etdi

Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Xeberleragentliyi.com fanat.az-a istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.

Mustafayev yarımfinalda Çaba Vida (Macarıstan) - Nikolae Kojokaru (Böyük Britaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq 1/4 finalda rusiyalı Naçın Kuulara rəqib olub.
Xəbər Lenti Giriş Populyar Reklam