Azərbaycan prezidenti Qusar rayonuna səfər edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan prezidenti Qusar rayonuna səfər edib

Azərbaycan prezidenti Qusar rayonuna səfər edib

Müəllif: Anar
//
20 Aralık 2012
//
//

Azərbaycan prezidenti Qusar rayonuna səfər edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 20-də Qusar rayonuna səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı rayonda “Urva-1” kiçik su elektrik stansiyasının açılışında iştirak edib.

Prezident stansiyanı işə salıb.

Sonra dövlət başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib.Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə prezidentə məlumat verib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Daha sonra Qusarda “Zirvə” və “Qaya” otellərinin açılışı olub.

Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva otellərin açılışında iştirak ediblər.

Prezident və xanımı otellərdə yaradılmış şəraitlə tanış olublar.

Dövlət başçısı və xanımı Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi mərasimində də iştiark ediblər.
Xəbər Lenti Giriş Populyar Reklam