İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir

İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir

Müəllif: cavidan
//
02 Nisan 2019
//
//

İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

İbrahim Cəfərov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.


Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, İbrahim Cəfərov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Xeberleragentliyi.com xəbər verir ki, bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görüb və bu iş indi də davam edir.

Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.

Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır.
Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.

Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.


İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir
İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir
İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir
İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir
İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir
İbrahim Cəfərov: Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam