Bakı-Ciddə aviareysinə bilet satışına başlanılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı-Ciddə aviareysinə bilet satışına başlanılıb

Bakı-Ciddə aviareysinə bilet satışına başlanılıb

Müəllif: cavidan
//
29 Mart 2019
//
//

Bakı-Ciddə aviareysinə bilet satışına başlanılıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Ciddə aviareysi üzrə bilet satışına başlayıb.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumatda deyilir ki, birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.

Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam