Ermənilər Azərbaycana təslim olmaq istəyən əsgəri güllələdilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ermənilər Azərbaycana təslim olmaq istəyən əsgəri güllələdilər

Ermənilər Azərbaycana təslim olmaq istəyən əsgəri güllələdilər

Müəllif: Anar
//
19 Aralık 2012
//
//

Ermənilər Azərbaycana təslim olmaq istəyən əsgəri güllələdilər

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətindən Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə keçmək istəyib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə bu gün baş verib.

Hadisənin şahidi olan sakinlərin APA-ya verdikləri məlumata görə, həmin hərbçi qoşunlar arasındakı neytral ərazidə Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə tutulub. Onun ölüb, yaxud yaralandığı məlum deyil.

Qeyd edək ki, indiyədək analoji hal Ermənistan Ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinin əsgərləri tərəfindən bir neçə dəfə təkrarlanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam