Azərbaycan Ordusunun bu addımı İrəvanı SİLKƏLƏDİ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan Ordusunun bu addımı İrəvanı SİLKƏLƏDİ

Azərbaycan Ordusunun bu addımı İrəvanı SİLKƏLƏDİ

Müəllif: cavidan
//
21 Mart 2019
//
//

Azərbaycan Ordusunun bu addımı İrəvanı SİLKƏLƏDİ

Azərbaycan ordusunun son təlimləri, üstəgəl Ermənistanla sərhəddi gücləndirməsi tədbirləri İrəvanı narahat edib, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu "Facebook" səhifəsində bildirib.

"Təsadüfi deyil ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyan martın 20-dəki brifinq zamanı qeyd edib ki, ATƏT-ə şikayət məktubu göndəriblər. Şikayət məktubunun məğzi belədir ki, bəs guya Azərbaycan beynəlxalq təşkilatları əvvəlcədən xəbərdar etmədən hücum hədəfli hərbi təlimlər keçirməklə beynəlxalq razılaşdırmalara zidd addım atıb. Erməni diplomat onu da deyib ki, Azərbaycanın Ermənistan sərhəddində yeni hərbi baza yaratması da bölgədə inam atmosferinin formalaşmasına xidmət etmir. Guya işğala məruz qalanla işğalçı arasında nəsə inam atmosferi var imiş. Bu açıqlamadan sonra Anna Naqdalyan şantaj xarakteli açıqlama verməklə müdafiə nazirləri Tonoyanın bir müddət əvvəlki bəyanatını təkrarlayıb: "Biz müdafiə olunmaq və əks zərbə vurmaq hüququnu özümüzdə saxlayırıq".

Elxan Şahinoğlu qeyd edib ki, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir:

"Özləri üçün deyirlər. Hərbi təlimlər hüququmuzdur, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir. Ermənistan separatçılarla birgə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirəndə nə kiməsə xəbər verir, nə də beynəlxalq hüquqa istinad edir. Hərbi təlimlərin sayını və miqyasını artırmaq siyasətini davam etdirməliyik.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam