“Qara siyahı”da olan saytlar bloklanacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Qara siyahı”da olan saytlar bloklanacaq

“Qara siyahı”da olan saytlar bloklanacaq

Müəllif: cavidan
//
19 Mart 2019
//
//

“Qara siyahı”da olan saytlar bloklanacaq

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yaxın gələcəkdə “Qara siyahı” (blacklist.gov.az) ilə bağlı proqramçılar üçün yeni xidmət istifadəyə verəcək. Mərkəzdən ONA-ya verilən məlumata görə, proqramçılar xidmətdən yararlanaraq “Qara siyahı”da olan saytların siyahısını tərtib etdikləri tətbiq və proqram təminatlarına API ("Application Programming Interface") vasitəsilə inteqrasiya edə biləcəklər. Bununla yanaşı, müxtəlif brauzer proqramları üçün də əlavə olaraq "Browser Extension" istifadəyə veriləcək ki, onun vasitəsi ilə “Qara siyahı”da olan saytların brauzerlərdə avtomatik bloklanmasını yerinə yetirəcək.

Qeyd edək ki, istifadəyə verilmiş “Qara siyahı” xidmətinin məqsədi tərkibində zərərli məzmun daşıyıcısı olan internet informasiya resursları barədə internet istifadəçilərini məlumatlandırmaqdır. İstifadəçilər xidmətdən yararlanaraq daxil olduqları internet informasiya resursunun siyahıda olub-olmadığını yoxlaya bilir, bu eləcədə istifadəçiyə tərkibində aşkarlanmış zərərli məzmun daşıyıcısının skrinşot görüntüsü, zərərli məzmunun növü və aşkarlanma tarixi barədə məlumatları əldə etməyə imkanı verilir.

"Qara siyahı" xidmətində zərərli məzmunlar iki qrup üzrə - ümumi zərərli məzmunlu internet informasiya resursları və Azərbaycanlı internet istifadəçilərini hədəfə almış internet informasiya resurslarının siyahısı üzrə bölgülənib.

İKT mütəxəssisləri üçün saytda müxtəlif sistemlər və şəbəkə qurğuları üçün “İxrac” funksiyası da mövcuddur ki, mütəxəssislər həmin funkisiya vasitəsilə “Qara siyahı”da olan saytların avtomatik bloklanmasını öz sistem və qurğularında avtomatik olaraq həyata keçirə biləcəklər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam