“Bacarırsansa, gəl Aya Sofyanı al” - Ərdoğan Qərbə meydan oxudu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Bacarırsansa, gəl Aya Sofyanı al” - Ərdoğan Qərbə meydan oxudu

“Bacarırsansa, gəl Aya Sofyanı al” - Ərdoğan Qərbə meydan oxudu

Müəllif: cavidan
//
19 Mart 2019
//
//

“Bacarırsansa, gəl Aya Sofyanı al” - Ərdoğan Qərbə meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirildiyi terror aktı ilə bağlı danışıb.

Xeberleragentliyi.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, teraktla bağlı Qərbin səssiz qalmasını sərt şəkildə tənqid edib:

"Bu hadisədə Qərb mediası öz işini hiyləgərcəsinə görür. Bu axmağın (red: terrorçu Brenton Tarrant) belə bir manifesto yazması mümkün deyil. Arxasında ciddi dəstəyi var. Bunu tapıblar, manifest hazırlayıb veriblər əlinə. Orada ölkəmin, mənim, Aya Sofyanın adı keçir. Bacarırsansa, gəl al".

Qeyd edək ki, terror aktını həyata keçirən Avstraliya vətəndaşı Brenton Tarrantın hadisədən öncə yazdığı iddia edilən 70 səhifəlik manifestoda Ərdoğana sui-qəsd edəcəyi və Aya Sofyanı xristianlara geri qaytaracağı da qeyd edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam