“Elmlər Akademiyası” stansiyasına gələn qatar geri, “Nizami”yə qayıtdı - Metroda nə baş verir? - AÇIQLAMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Elmlər Akademiyası” stansiyasına gələn qatar geri, “Nizami”yə qayıtdı - Metroda nə baş verir? - AÇIQLAMA

“Elmlər Akademiyası” stansiyasına gələn qatar geri, “Nizami”yə qayıtdı - Metroda nə baş verir? - AÇIQLAMA

Müəllif: cavidan
//
18 Mart 2019
//
//

“Elmlər Akademiyası” stansiyasına gələn qatar geri, “Nizami”yə qayıtdı - Metroda nə baş verir? - AÇIQLAMA

"Elmlər Akdemiyası"stansiyasında qeyri-adi hal yaşanıb.

Xeberleragentliyi.com xəbər verir ki, sərnişinlərin Orman.az-a verdiyi məlumata görə "Dərnəgül" xətti üzrə hərəkətdə olan qatar "Nizami" stansiyasında dayanıb. 10 dəqiqə hərəkətsiz qalan qatar sərnişinləri boşaldaraq geri qayıdıb.

Nəticədə platformada sərnişin sıxlığı yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytın sualına cavab olaraq faktı təsdiqləyib. Metropolitenin sözçüsü qeyd edib ki, metroda yaşanan hadisəyə səbəb qatarda yaranan texniki nasazlıq olub:

"Dərnəgül xətti üzrə hərəkətdə olan qatarda texniki problem yaranıb. Təlimatımıza uyğun olaraq qatar "Elmlər Akademiyası" stansiyasında sərnişinləri düşürərək, geriyə, "Nizami" stansiyasına qayıdıb və depoya göndərilib".

Bəxtiyar Məmmədovun sözlərinə görə hazırda xəttəki sıxlıq aradan qaldırılıb. Qatarlar normal intervalla hərəkət edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam