Martın 21-də hava necə olacaq? - BAYRAM GÜNÜ ÜÇÜN PROQNOZ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Martın 21-də hava necə olacaq? - BAYRAM GÜNÜ ÜÇÜN PROQNOZ

Martın 21-də hava necə olacaq? - BAYRAM GÜNÜ ÜÇÜN PROQNOZ

Müəllif: cavidan
//
18 Mart 2019
//
//

Martın 21-də hava necə olacaq? - BAYRAM GÜNÜ ÜÇÜN PROQNOZ

"Martın 21-dən başlayaraq ölkə ərazisində havanın temperaturu yüksələcək".

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də bəzi rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir.

U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə ediləcək:

"Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam