Vatsapın qurucusundan xəbərdarlıq: Feysbuku silin » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Vatsapın qurucusundan xəbərdarlıq: Feysbuku silin

Vatsapın qurucusundan xəbərdarlıq: Feysbuku silin

Müəllif: cavidan
//
18 Mart 2019
//
//

Vatsapın qurucusundan xəbərdarlıq: Feysbuku silin

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsinə çevrilən Vatsapın qurucusu Brian Akton qatıldığı mətbuat konfransında Feysbukla bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bir müddət əvvəl Tvitter səhifəsində belə bir açıqlama verən B.Akton bu dəfə gənclərin qarşısında çıxış edərkən Feysbuku silməyi məsləhət görüb. Akton bir müddətdir Feysbukun təhlükəsizliyi ilə bağlı şübhələrin gündəmə gəlməsindən sonra bu çağırışı edib. O, istifadəçilərə şəxsi məlumatlarını qorumaq üçün Feysbuku silməyi məsləhət görüb.

Qeyd edək ki, 2014-cü ildə 21 milyard dollar qarşılığında B.Akton Vatsapı Feysbukun qurucusuna satıb. Bu satışdan sonra Akton zəngin biri olub. Lakin B.Akton Feysbuk barədə heç vaxt yaxşı fikirlər səsləndirməyib.

O, şirkətini satmaq qərarını 50 işçinin həyatını düşünərək verdiyini deyib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam