Binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil ediləcəkmi – Rəsmi açıqlama » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil ediləcəkmi – Rəsmi açıqlama

Binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil ediləcəkmi – Rəsmi açıqlama

Müəllif: cavidan
//
15 Mart 2019
//
//

Binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil ediləcəkmi – Rəsmi açıqlama
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.
Bizimyol.info xəbər verir ki bu barədə Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.

F.Mustafayev bildirib ki, bu gün istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “İdeal İnşaat” MTK-ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: “Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predimeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki, bu olmasa insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”.


O, deyib ki, Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman fərdi yaşayış evlərinə şamil edilmir: “Amma həyət evlərinin sənədləşməsi ilə bağlı vəziyyətin öyrənilməsi üçün tapşırıqlar verilib.”



Onun sözlərinə görə, bəzi yaşayış evləri mühafizə zonalarında, ayrı-ayrı şirkətlərin balansındakı ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam