“Anam dedi ki, aaz, sənə nə olub?” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Anam dedi ki, aaz, sənə nə olub?”

“Anam dedi ki, aaz, sənə nə olub?”

Müəllif: Anar
//
18 Aralık 2012
//
//

“Anam dedi ki, aaz, sənə nə olub?”

Əməkdar artist Könül Kərimova maraqlı açıqlama verib. xeberleragentliyi.com-a açıqlama verən müğənni bildirib ki, ailəsinin təkidi ilə bir neçə dəfə əməliyyatdan imtina edib. “Mən bir neçə dəfə üz nahiyəmdə plastik əməliyyat elətdirmək qərarına gəldim. Hətta bir gün gecə saatlarında anam da yanımda idi. Güzgüyə baxdım və birdən dedim: “Mən nə gündəyəm?” Bir gecənin içində qərara aldım ki, üz nahiyəmdə təcili əməliyyat etdirim. Əməliyyat istəyimi anama deyən kimi cavabı belə oldu: “Aaz sənə nə olub ki? Qaymaq kimisən. Hələ cavansan”. Mən çox israr etdim, amma anam məni bu fikrimdən daşındırdı. Bləcə əməliyyatdan imtina etdim” deyə o,bildirib.
Qeyd edək ki, müğənni 2 dəfə burnunu əməliyyat etdirib.
Xəbər Lenti Giriş Populyar Reklam