Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi

Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi

Müəllif: cavidan
//
14 Mart 2019
//
//

Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallının barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhəkmə prosesi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, prosesdə qərar elan olunub.

Qərara əsasən, K.Zeynallının apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

İttiham görə, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib.

Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.

K.Zeynallı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam