Bəstəkarlar İttifaqının yeni sədri kim olacaq? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bəstəkarlar İttifaqının yeni sədri kim olacaq?

Bəstəkarlar İttifaqının yeni sədri kim olacaq?

Müəllif: Anar
//
18 Aralık 2012
//
//

Bəstəkarlar İttifaqının yeni sədri kim olacaq?

Dekabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bu qurumun IX qurultayının yekunlarına həsr edilmiş dəyirmi masa keçirilib. İttifaqın mətbuat xidmətindən xeberleragentliyi.com-un əməkdaşı Səbuhi Rəsulova verilən məlumata görə, tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək dekabrın 14-dən 18-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının növbəti, IX qurultayının keçirildiyini deyib. O bildirib ki, qurultay çərçivəsində ölkənin bir sıra mədəniyyət salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət müxtəlif janrlarda rəngarəng konsert proqramları təşkil olunub. Yekun konserti isə bu gün axşam Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında olacaq. Firəngiz Əlizadə qurultay ərəfəsində çap edilən nəşrlər haqqında danışıb. Bildirib ki, bu kitab və toplulara ABİ-nin tarixi, 5 illik fəaliyyəti, Azərbaycanını görkəmli bəstəkarlarının həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar və bu qurum tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlər haqqında materiallar daxil edilib.
Bildirilib ki, qurultayda xarici ölkələrdən nümayəndələr iştirak ediblər.

Dəyirmi masada Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı çərçivəsində təşkil edilən konsert proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində musiqişünasların ABİ-nin 5 illik fəaliyyətinə və Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına həsr etdikləri kitabların sərgisi açılıb.

Bir neçə gün bundan sonra isə Bəstəkarlar İttifaqına yeni sədr seçilməsi ilə bağlı toplantı keçiriləcək. Hələlik namizədlərin adları bəlli deyil.
Xəbər Lenti Giriş Populyar Reklam