Sənədsiz evlərin taleyi necə olacaq? - NAZİR DANIŞDI » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sənədsiz evlərin taleyi necə olacaq? - NAZİR DANIŞDI

Sənədsiz evlərin taleyi necə olacaq? - NAZİR DANIŞDI

Müəllif: cavidan
//
14 Mart 2019
//
//

Sənədsiz evlərin taleyi necə olacaq? - NAZİR DANIŞDI

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdilər. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, kupçanın olmaması ilə bağlı olub".

Xeberleragentliyi.com -ın REAL-a istinadla verdiyi məlumata görə, bunu "Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov deyib.

Nazir qeyd edib ki, fərmanda öz əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: "Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir bir evdə yaşayır, lakin onun çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə mülkiyyət hüququ haqqında şəhadətnamə almayıb, bütün səbəblər araşdırılmalıdır".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam