Azərbaycan-İran sərhədində atışma: ölən var: General hadisə yerində » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan-İran sərhədində atışma: ölən var: General hadisə yerində

Azərbaycan-İran sərhədində atışma: ölən var: General hadisə yerində

Müəllif: cavidan
//
13 Mart 2019
//
//

Azərbaycan-İran sərhədində atışma: ölən var: General hadisə yerində

Bu gün gecə saatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxslər müşahidə olunub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” əmri verilsə də, sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıb. Bu zaman qanunauyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində vəfat edib. Digəri isə əllərindəki yükləri ataraq geri qaçıb.



Hadisə barədə İran sərhədçilərinə məlumat verilib.

Əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.



Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gələrək hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib.



DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşmüş, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam