Bakıda OLAY: Sevgililərin hamamda meyiti tapıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda OLAY: Sevgililərin hamamda meyiti tapıldı

Bakıda OLAY: Sevgililərin hamamda meyiti tapıldı

Müəllif: cavidan
//
12 Mart 2019
//
//

Bakıda OLAY: Sevgililərin hamamda meyiti tapıldı

Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

Xeberleragentliyi.com ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları”nda qeydə alınıb. Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimova həmin evin həyətində yerləşən hamamda dəm qazından boğularaq ölüblər.

Hadisə barədə məlumat daxil olan kimi, rayon Prokururluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirib və hər iki meyitin daxili və xarici müayinəsi üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, meyiti tapılan şəxslər qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam