AzTV-də bu xidmət ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » AzTV-də bu xidmət ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı

AzTV-də bu xidmət ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı

Müəllif: cavidan
//
11 Mart 2019
//
//

AzTV-də bu xidmət ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.

Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib.

X.Qasım dəyişikliyi modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib:

"Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam".

X.Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib:

"AzTV-də Mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb".

AzTV-dən verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam