Ödünüzdə minlərlə daş ola bilər - Həkimdən xəbərdarlıq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ödünüzdə minlərlə daş ola bilər - Həkimdən xəbərdarlıq

Ödünüzdə minlərlə daş ola bilər - Həkimdən xəbərdarlıq

Müəllif: cavidan
//
07 Mart 2019
//
//

Ödünüzdə minlərlə daş ola bilər - Həkimdən xəbərdarlıq
Öd daşı xəstəliyi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da çox geniş yayılıb. Öd kisəsində daşlar bir neçə ədəddən bir neçə minə qədər ola bilər. Bu daşların əmələ gəlməsi uzunmüddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir.

Bu sözləri Axar.az-a Elmed Tibb Mərkəzinin terapevti Türkanə Rəhimova öd daşı xəstəliyinin müalicəsi ilə bağlı danışarkən deyib. O bildirib ki, faiz etibarilə öddə ən çox xolesterin daşları, ikinci yerdə piqment daşları və çox az hallarda kalsium daşlarına rast gəlinir:

“Xolesterin mənşəli öd daşlarına qadınlarda daha çox rast gəlinir. Bu, ən çox hamiləlik dövründə inkişaf edir. Belə ki, hamiləliyin üçüncü trimestrində öddə xolesterinin miqdarı artır və öd kisəsinin hərəkəti zəifləyir. Bununla da öddə durğunluq yaranır və o, çökməyə başlayır. Amma bu o demək deyil ki, bütün qadınlarda öd daşı əmələ gələcək. Hamilələrin yalnız 10-15 faizində öd daşı inkişaf edir. Qadınlarda estrogen hormonu qaraciyərdə xolesterinin maksimal mənimsənilməsini təmin edir, bununla da xolesterinin miqdarı artmış olur.

Çəkinin az bir müddət ərzində kəskin azalması zamanı səbəbindən asılı olmayaraq, orqanizm bu prosesə uyğunlaşmağa vaxt tapmır və orqanizmə lazım olan fermentləri əvvəlki həcmdə istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır, bu da od daşlarının əmələ gəlməsinə gətirib çıxarır”.

Terapevt bildirib ki, kişilərdə daha çox uzun müddət alkoqol qəbulu nəticəsində qaraciyər sirrozu yaranır, bu zaman od turşularının azalması ilə xolesterinin həll olunmasında çətinliklər yaranır, (çünki xolesterin öd turşularında həll olur) və onun çökməsi baş verir:

“Sirroz olan zaman öddə bilirubin piqmenti artır, bu da bilirubin daşlarının əmələ gəlməsinə zəmin yaradır. Yaşlı, az hərəkət edən, düzgün qidalanmayan və irsi meyilliliyi olan insanlar da risk qrupunda hesab olunurlar.

Onu da deyim ki, “bütün öd daşları əməliyyat olunmalıdır və ya bütün öd daşları müalicə olunmalıdır” deyə bir aksioma yoxdur. Bir çox xəstəliklər kimi, öd daşları da ilkin mərhələdə aşkarlandığı təqdirdə müalicəyə tabe ola bilər. Bəzən “mütləq cərrahi müdaxilə olmalıdır” deyilən xəstələrdə öd daşının müalicəyə tabe olduğu hallar olur. Bəzən isə “müalicə ilə əritmək olar” deyilən xəstələrdə müalicənin effektsizliyinə rast gəlinib və xəstə cərrahi müdaxiləyə məruz qalıb. Bu işdə proqnoz verməkdə bizə ultrason ve rentgen müayinələri kömək edir. Mənşəyindən və ölçüsündən asılı olaraq, erkən mərhələdə aşkar olunan daşlar bir çox hallarda əridilə bilər”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam