Zatulindən Azərbaycana qarşı növbəti avantüra » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Zatulindən Azərbaycana qarşı növbəti avantüra

Zatulindən Azərbaycana qarşı növbəti avantüra

Müəllif: cavidan
//
07 Mart 2019
//
//

Zatulindən Azərbaycana qarşı növbəti avantüra

Rusiya Dumasının MDB, Avrasiya İttifaqı və Həmvətənlərlə İş üzrə Komitəsinin sədr müavini deputat Konstantin Zatulin növbəti dəfə Azərbaycana qarşı mövqeyi ilə gündəmə gəlib.

Axar.az xəbər verir ki, İrəvana səfəri zamanı Paşinyanın adam yerinə qoyub, qəbul etməməsinə görə az öncə İrəvanı ittiham etməkdən, Ermənistanı hədələməkdən çəkinməyən K.Zatulin incikliyini “unudası olub”.

Zatulin “Lazarev klubu”nun ikigünlük iclasının bağlanış mərasimində ermənilərə yarınaraq, Dağlıq Qarabağ konfliktinin keçmiş SSRİ məkanında ən asan həll oluna biləcək problem olduğunu dilə gətirib.

“Biz heç bir hərbi plan qurmuruq, kimisə qələbəyə çağırmırıq. Heç kim Ermənistanın taleyini Dağlıq Qarabağdan ayıra bilməz. Biz Qarabağdan olan dostlarımızın “Lazarev klubu”nun işində iştirakının qarşısını almayacağıq. Bu qəbuledilməzdir. Mən şəxsən bu konfliktin tez bir zamanda həllinin tərəfdarıyam. Qarabağın “müstəqilliyi”ni artıq silmək olmaz”, – deyə heç nəyə, hətta şəxsi ləyaqətinin İrəvanda təhqir olunmasına baxmayaraq, Zatulin ermənilərə xidmətini davam etdirdiyini göstərib.

O, konfliktin həllinin Azərbaycana Qarabağ ətrafındakı rayonların qaytarılması olduğunu, bunun qarşılığında Bakının separatçı rejimin müstəqilliyini tanımalı olduğunu da bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İrəvana səfər edən, ancaq yüksək səviyyədə qəbulundan imtina edilərək, pis vəziyyətdə qalan Zatulin Paşinyanın ünvanına təhdidlər səsləndirmiş, Ermənistanı “sözü ilə əməli düz gəlməyən ölkə” adlandırmışdı. Ötən gün isə o, Boltonun tövsiyələrindən imtina etməyəcəyi halda “Ermənistanın ağlar günə qalacağını” bildirmişdi.

Görünür, ermənimövqeli “Lazarev klubu”nin növbəti iclası zamanı Zatulin öz ləyaqətini bir daha erməni puluna dəyişib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam