Rusiyada azərbaycanlıların olduğu avtobus qəzaya düşdü: ölənlər var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyada azərbaycanlıların olduğu avtobus qəzaya düşdü: ölənlər var

Rusiyada azərbaycanlıların olduğu avtobus qəzaya düşdü: ölənlər var

Müəllif: cavidan
//
06 Mart 2019
//
//

Rusiyada azərbaycanlıların olduğu avtobus qəzaya düşdü: ölənlər var

Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğrayıb.

"Ren” TV-nin yaydığı məlumata görə, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.

Qəza zamanı "Mercedes Vito” və "QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə "QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.

Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam