Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycanın ilk Hürrəmi mənəm”

“Azərbaycanın ilk Hürrəmi mənəm”

Müğənni Xatun ifa etdiyi “Xatun” adlı mahnısının klipini təqdim edib. xeberleragentliyi.com-un məlumatına görə, rejissor Esmira Əliyevanın quruluş verdiyi klipdə müğənni Hürrəm Sultanı xatırladıb. Söz və musiqisi Qüdrət Əsgəri, aranjemanı Elvin Musayevə məxsus olan “Xatun” mahnısının klipi elə ifaçının klip təqdimatını keçirdiyi məkanda çəkilib. Müğənninin klipdə geyindiyi libaslarını modelyer Şəlalə Maqsudova hazırlayıb.
Tədbirin səbəbkarı təqdimatına təşrif buyuran həmkarlarına dərin minnətdarlığını bildirib: “Bu gün mənim klipimin təqdimatına gələn həmkarlarım mənə ən yaxın olan dostlarımdır. Onlar mənim hər bir uğurumda pay sahibidirlər. Klipə gəldikdə isə mən bu klipdə Hürrəm obrazını canlandırıram. Qoy, bəzi şou nümayəndələri bilsinlər ki, Azərbaycanın ilk Hürrəmi mənəm”.
Qeyd edək ki, teleaparıcı Zabir Əliyevin təqdimatında keçirilən tədbirdə bir çox tanınmış şəxs, o cümlədən xalq artisti Səməd Səmədov, əməkdar artist Könül Kərimova, müğənnilər Kərim Abasov, Pişik Günel, Pərvin Lətifov, Elnur Məmmədov, Xuraman Şuşalı, Ramal İsrafilov, Bahar Lətifqızı, Sevda Yəhyayeva, Əkbər Əliyev, rəqqasə Oksana Rəsulova, stilist Samir Əliyev iştirak edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ