Paşinyana inanmayın, o, Əliyevə uduzub – Köçəryan » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Paşinyana inanmayın, o, Əliyevə uduzub – Köçəryan

Paşinyana inanmayın, o, Əliyevə uduzub – Köçəryan

Müəllif: cavidan
//
04 Mart 2019
//
//

Paşinyana inanmayın, o, Əliyevə uduzub – Köçəryan

Ermənistan Baş naziri Nikol Paşinyan hər yolla Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparması faktını gizlətməyə çalışır.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“İctimaiyyətə Qarabağın həlli ilə bağlı hökumətin mövqeyi bəlli deyil. Belə ki, bu mövqe hələ də açıqlanmayıb və məhz bu, narahatlıq yaradır. Uğurlu danışıqları mövqe formalaşdırmadan necə aparmaq olar? Danışıqlar toplantı deyil, sadəcə uğura çatmağı gücləndirmək üçün vasitədir. Qarabağın həllində bəzi prinsipial vəziyyətlər var ki, hakimiyyət danışıqlara başlamazdan öncə dəqiq yanaşmaya sahib olmalıdır”, – deyə o bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanı məğlub etdiyini bildirib. Köçəryan Düşənbədə Əliyevlə Paşinyan arasındakı danışıqların Ermənistan üçün sərfəli olan Vyana və Sankt-Peterburq razılaşmalarını dəfn etdiyini deyib.

“Baş nazirin belə fəaliyyətinin səbəbinin bacarıqsızlıq və ya şüurlu seçim olduğu vacib deyil. Hər iki halda bu, böyük səhvdir. Erməni tərəfi Azərbaycan, eləcə də vasitəçilər arasında özünün yüksək güzəştlərə hazır olması təəssüratı yaradıb. Ona görə də düşünürəm ki, Minsk Qrupunun növbəti təklifi elə də xoş deyil”.

O, harada olmasından asılı olmayaraq, Qarabağın verilməsiylə ilə bağlı istənilən cəhdə mane olacağını vəd edib. Köçəryan Qarabağın erməni identikliyinin bir hissəsi olacağını düşünənlərin bu cür davranacağına əmin olduğunu söyləyib:

“Yeri gəlmişkən, bu, baş nazir və onun komandasının böyük hissəsində yoxdur. Qarabağın “müstəqilliyi” və onun hərbi uğurlarına onların heç bir dəxli yoxdur. Hakimiyyət bu qələbə üçün vuruşan hər kəsə nifrət edir. Ona görə də cəmiyyət onların Qarabağ məsələsindəki hər bir addımına nəzarət etməlidir. Baş nazirin ziddiyətli bəyanatlarına qətiyyən inanmaq olmaz”. 
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam