Azərbaycanda 20-40 yaşlı insanlar peyvənd olunacaq - Nazir Oqtay Şirəliyevdən ƏMR » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda 20-40 yaşlı insanlar peyvənd olunacaq - Nazir Oqtay Şirəliyevdən ƏMR

Azərbaycanda 20-40 yaşlı insanlar peyvənd olunacaq - Nazir Oqtay Şirəliyevdən ƏMR

Müəllif: cavidan
//
28 Şubat 2019
//
//

Azərbaycanda 20-40 yaşlı insanlar peyvənd olunacaq - Nazir Oqtay Şirəliyevdən ƏMR
Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Bu barədə Səhiyyə Nazirliyi mətbuat xidməti məlumat verib.

Bildirilib ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan Əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamnda Əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam