Göyçayda iki ailənin yaşadığı ev yanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Göyçayda iki ailənin yaşadığı ev yanıb

Göyçayda iki ailənin yaşadığı ev yanıb

Müəllif: Anar
//
17 Aralık 2012
//
//

Məlumata görə, 1968-ci il təvəllüdlü Məmmədov Əlisəftər Əliyar oğluna məxsus ümumi sahəsi 170 kvadratmetr olan ikimərtəbəli yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Göyçayda iki ailənin yaşadığı ev yanıb

Hadisə zamanı evin çardaq hissəsi və ikinci mərtəbədəki otaqlar içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Ümumilikdə mənzilin 80 kvadratmetrlik hissəsi yanıb. İki qardaşın ailəsinin yaşadığı evin birinci mərtəbəsindəki iki otaq yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam