Standard & Poor's Azərbaycanın kredit reytinqini sabit proqnozla "ВВВ-/А-3" səviyyəsində saxlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Standard & Poor's Azərbaycanın kredit reytinqini sabit proqnozla "ВВВ-/А-3" səviyyəsində saxlayıb

Standard & Poor's Azərbaycanın kredit reytinqini sabit proqnozla "ВВВ-/А-3" səviyyəsində saxlayıb

//
16 Aralık 2012
//
//

Standard & Poor's Azərbaycanın kredit reytinqini sabit proqnozla "ВВВ-/А-3" səviyyəsində saxlayıb




Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın öhdəliklər üzrə uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini xarici və milli valyutada " ВВВ - / A-3" səviyyəsində təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə agentliyin cümə günü yaydığı məlumatda deyilir. Reytinqlərin proqnozu - "Sabit"dir.

Valyutanın köçürülməsi və çevrilməsi riskinin qiymətləndirilməsi həmçinin "BBB -" səviyyəsində təsdiq edilib.

" Azərbaycanın suveren reytinqlərinin təsdiq edilməsi dövlət sektorunun təmiz aktivlərinin sabit göstəricilərini və xarici xalis kreditor kimi ölkənin möhkəmlənən mövqeyini əks etdirir ki, bu da həm dövlət büdcəsi, həm də xarici tədiyyə balansı üçün əhəmiyyətli ehtiyatları təmin edir. Bununla əlaqədar olaraq, genişləndirilmiş hökumətin borcu birləşdirilmiş büdcənin gözlənən kəsirinə baxmayaraq önəmli həcmdə məhdudlaşdırılmış qalacaq", - məlumatda deyilir.

S&P 2013-cü ildə ölkə iqtisadiyyatının 3,4 faiz səviyyəsində artacağını gözləyir. Halbuki 2012-ci ildə dövlət sektorunun xərclərinin yüksək olmasına baxmayaraq neft hasilatının azalması nəticəsində ölkə iqtisadiyyatının artımı 1,8 faizə çatacaq. Agentliyin gözləntilərinə görə, adambaşına ÜDM-da artım 2012-ci ildə 0,7 və 2013-cü ildə 2,3 faiz təşkil edəcək.

"Neftçıxarma sahəsi üçün perspektivləri ən azı 2017-ci ilə qədər sabit kimi müəyyən etmək olar. Bu əvvəlki kimi 2013-2015-ci illərdə ÜDM-un 20 faizizinə yaxın səviyyədə neftin orta qiymətinin bir barel üçün 112 dollar olacağı halda) cari əməliyyatlar hesabı üzrə profisiti təmin etməlidir", - S&P ekspertləri qeyd edirlər.

Agentlik hesab edir ki, cari əməliyyat hesabından daxilolmaların 55 faizi səviyyəsində qiymətləndirilən xarici maliyyələşdirməyə (brutto) olan ehtiyacları üstəgəl əlçatan ehtiyatları, həmçinin təmiz xarici aktivlər üzrə dar mövqeyi (cari əməliyyatlar hesabı üzrə daxilolmaların 92 faizi) nəzərə alaraq belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan güclü xalis kreditor mövqeyi tutur.

"Cari əməliyyatlar hesabı kimi, ortamüddətli perspektivdə ölkə büdcəsinin balansı profisitlə həyata keçiriləcək. Hərçənd biz genişləndirilmiş hökumətin birləşdirilmiş büdcəsinin kəsirini onillik ərzində ilk dəfə olaraq ÜDM-in 2,6 faizi səviyyəsində proqnozlaşdırırıq. Bu hökumətin xüsusilə iqtisadiyyatın inkişafının stimullaşdırılması üzrə ölçülərlə bağlı olan əsas kapitala investisiyalar hissəsində xərclərinin əhəmiyyətli artımından irəli gəir", - məlumatda deyilir.

Ekspertlərin fikrincə, əsas kapitala investisiyaların fövqəladə dərəcədə yüksək səviyyəsi - 2013-cü ildə ümumi xərclərin 46 faizi - neftin qiymətlərinin düşəcəyi halda xərclərin azalması üçün əhəmiyyətli büdcə elastikliyini təmin edəcək.

"Biz gözləyirik ki, Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) həcmi - vəsaitləri xaricdə investisiyalaşdıırlan büdcənin ehtiyat fondu 2011-ci ilin sonundakı 29 milyard dollarla müqayisədə 2012-ci ilin dekabrında 33,5 milyard dollara (ÜDM-un 49 faizi) çatacaq.
Agentliyin ekspertləri hesab edirlər ki, hətta əgər ARDNF-nin hesabındakı vəsaitlərin məbləği 2013-cü ildə azalacaqsa, fondun aktivləri olacaq neftin qiymətlərinin düşəcəyi halında manevr üçün sahəni təmin etməkdən ötrü əvvəlki kimi kifayət edəcək".

S&P Azərbaycanın dövlət borcunun aşağı səviyyədə olduğunu (zəmanətlər hesaba alınmadan) qeyd edir - 2012-ci ildə ÜDM-in 4,2 faizi həcmində. Ekspertlərin fikrincə, Azərbaycanın reytinqlər səviyyəsinə saxlayıcı təsirlərdən biri ölkənin kifayət qədər inkişaf etməyən maliyyə-kredit və bank sistemləri, həmçinin idarəetmənin aşağı səviyyəsi və anderraytinqin standartlarının az ciddi olmasıdır.

"Bununla belə, dollarlaşmanın səviyyəsi əhəmiyyətli dərəcədə azalıb: hazırda bütün depozitlərin 44 faizi və bütün kreditlərin 32 faizi dollarda ifadə olunub. Pul-kredit siyasəti üçün cavab verən idarələrdə iri həcmli sərmayə axınını neytrallaşdırmağa icazə verən effektiv alət yoxdur və biz pul-kredit və maliyyə siyasətinin bir-biri ilə uyğunlaşdırılmasına kifayət etməyən kimi baxırıq", - S&P ekspertləri hesab edirlər.

"Sabit" proqnoz bir tərəfdən xarici iqtisadi göstəricilərin gözlənən sonrakı yaxşılaşmasını, Azərbaycanın dövlət maliyyə göstəricilərinin yüksək səviyyədə saxlanılmasını, digər tərəfdən iqtisadiyyatın mülayim inkişafı və müstəqil institutların kifayət etməyən inkişaf səviyyəsini əks etdirir.

Azərbaycan xalis xarici aktivləri makroiqtisadi şəraitin artımı, struktur islahatların aparılması, iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə bank sisteminin və pul siyasətinin gücləndirilməsi hesabına dəstəklənərsə, Agentlik müsbət reytinq hərəkətinə təşəbbüs edə bilər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam