Lavrov: "Nüvə danışıqları "dondurulub" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Lavrov: "Nüvə danışıqları "dondurulub"

Lavrov: "Nüvə danışıqları "dondurulub"

Müəllif: cavidan
//
25 Şubat 2019
//
//

Lavrov: "Nüvə danışıqları "dondurulub"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə vəziyyətlə əlaqədar Moskva ilə məsləhətləşib.

Xeberleragentliyi.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya ilə prezident Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inla görüş ərəfəsində məsləhətləşib.

Lavrov əlavə edib ki, Şimali Koreya üzrə altıtərəfli danışıqlar bu görüşün uğurlu keçməsindən asılı olacaq: "Hazırda Şimali Koreyanın nüvə probleminə dair 6 tərəfli danışıqlar "dondurulub"".

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inla görüş 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək.

Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub. Ölkələrin liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda göstərilir ki, Şimali Koreya özünü nüvəsizləşdirməyə hazırdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam