Daha kiçik, daha güclü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Daha kiçik, daha güclü

Daha kiçik, daha güclü

//
16 Aralık 2012
//
//

Daha kiçik, daha güclü




O, nəinki korpusda çox yer tutur, həm də səs-küy salır və xeyli enerji sərf edir. "General Electric" şirkəti bu sahədə irəliləyiş edərək qeyd edilmiş çatışmazlıqlardan hali olan həddindən çox nazik kuler istehsal edib. Şirkətin təqdim etdiyi unikal kulerlərin ölçüsü bank kartı boydadır.

www.xeberleragentliyi.com ICTNews-a istinadən bildirir ki, bu kulerlərdə əvvəlcə reaktiv mühərriklər üçün yaradılmış texnologiya tətbiq edilib. İxtira "Dual Piezoelectric Cooling Jets" (İkili pyezoelektrik soyutma forsunkaları) adlandırılıb. Yeni kulerin iş prinsipi olduqca sadədir: o, ağciyərlərimizin fəaliyyətini xatırladır. Qurğu isti havanı özünə tərəf çəkmək üçün genişlənir və sonra onu kənara xaric edir. Qurğunun maksimal qalınlığı cəmisi 4 millimetr təşkil edir.

Bunun sayəsində istehsalçılar mövcud form-faktorlara daha güclü içlik yerləşdirə və ya həddindən çox nazik qurğular yarada biləcək. "General Electric" şirkətindən verilən məlumata əsasən, yeni kuler mövcud analoqları ilə müqayisədə 2 dəfə daha az enerji sərf edir və daha az yer zəbt edir. Şirkət yaxın vaxtlarda öz həllini lisenziyalaşdırmağa hazırlaşır. Beləliklə, yaxın vaxtlarda çox nazik planşetlər də istehsal olunacaq.
Xəbər Lenti Giriş Populyar Reklam