Sizin reklam burada
Sizin reklam burada

50 milyon versələr, soyunaram

50 milyon versələr, soyunaram


200 milyon dollarlıq sərvəti ilə dünyada ən çox qazanan müğənnilərdən olan Beyons “Pepsi” - nin yeni üzü olub. Qeyd edək ki, Beyonsun fotoları “Pepsi” şüşələrinin üstündə əks olunacaq. Beyons reklama 50 milyon müqabilində çəkilib. Reklamda geyindiyi geyimlər isə açıq olub.
Maraqlıdır, görəsən bizim müğənnilər necə, 50 milyonun müqabilində “soyunardılar”?

Özünü həm də müğənni kimi sınayan aktrisa, xalq artisti Məleykə Əsədova reklama yalnız bir halda çəkiləcəyini bildirdi: “Əgər gecə, yaxud, adi geyimdə istəsələr, reklama çəkilərəm. Amma açıq-saçıq paltarda razılıq vermərəm. Onsuz da mən gözələm, adım-sanım var, elə simam yetər ki, hansısa reklam şirkəti uğur qazansın. Yox əgər onlara çılpaq qız lazımdırsa, o qədər var ki, gedib çəksinlər. Mənə nəinki 50 milyon, lap 100 milyon da versələr, soyunmaram. Çünki evimdə qız uşağı böyüdürəm”.

Müğənni Xuraman Şuşalı çox düşündü-daşındı: “Ərim qoymaz. Həm də Azərbaycanda belə şeylərə pis baxırlar axı. Mən soyunub 50 milyonu ala bilərəm, amma hörmətsiz olaram. Buna görə də elə çox qazanıb, hörmətimi itirməkdənsə, az qazanıb hörmətli olsam yaxşıdır”.

Amma Günel Ələkbərovanın cavabı səmimi oldu: “50 milyona bilirsən, nələr etmək olar? Soyunaram. Niyə də yox. Müğənni var ki, soyunub klip çəkdirir ki, 4-5 milyon manat qazansın. 5 milyon deyirsən ağzında. 50 milyon versələr, soyunaram, pulu
da cibimə qoyub kef edərəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ