Sizin reklam burada
Sizin reklam burada

Elşad Xosenin başına butulka çırpdılar

Elşad Xosenin başına butulka çırpdılar

Qalmaqallı repçi Elşad Xose gecə klublarının birində əlbəyaxa olub.
O, gənc müğənni Sultan Qocayevlə dalaşıb.
S.Qocayevin Gün.Az-a verdiyi məlumata əsasən, qarşıdurmada o, Elşad Xosenin başına butulka və mikrofon çırpıb.

Elşad səhnədə çıxış edən zaman mən qulaqlarımı tutdum. Ona qulaq asmaq istəmədim. Bu da Elşadın xoşuna gəlmədi. O, oxuyandan sonra tamaşaçıların arasında əyləşdi və mənə kinayəli suallar verərək təhqir etdi. Bundan bərk qəzəbləndim, əvəzində onun cavabını verdim. Orada olan adamlar araya girdilər, bizi ayırdılar. Onu olduğum məkanda görmək istəmədiyimi söylədim və Elşad da çıxıb getdi.
Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxlamağa çalışsaq da, repçi telefona cavab vermədi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ