Sizin reklam burada
Sizin reklam burada

Türkiyə «Avroviziya»da iştirak etməyəcək

Türkiyə «Avroviziya»da iştirak etməyəcək

Çeşidli səbəb üzündən Avropanın 4 dövləti gələn il İsveçdə keçiriləcək «Avroviziya» mahnın yarışmasında iştirak etməyəcəyini artıq bildirib.
xeberleragentliyi.com-un «Habertürk»-ə istinadən məlumatına görə, Türkiyənin «TRT» televiziyası bu yarışmaya qatılmayacaqları haqda bəyanat verib.
Qurum bildirib ki, EBU (Avropa Yayın Birliyi) üzv dövlətlər arasında ayrımcılıq edir: «Almaniya, Fransa, İngiltərə və İtaliya son illərdə uğur əldə etməsələr də yarım finala qatılmadan finalda yarışırlar. Biz bunu haqsızlıq sayırıq.
Üzvü olduğumuz EBU-unun bu mahnı yarışmasına 1975-ci ildən qatılırıq. Bu günə kimi 34 yarışmada yer almışıq. 1976,1977, 1979 və 1994-cü illərdə çeşidli səbəblərdən yarışda iştirak edə bilməmişik.
1997-ci ildə Şəbnəm Pakərin «Dinlə»əsəri ilə 3-cü yeri tutmuşuq. 2003-cü ildə isə Latviyanın Riaqa şəhərində keçirilən yarışda Sertab Ərənəriini
«Everyway That I Can» adlı mahnın isə birincilik əldə etmişik. Bununla da Türkiyə ictimaiyyətinin diqqətini bu tədbirə artırmışıq.
Son 10 ildə bir dəfə birinci (2003), üç dəfə dördüncü (2004,2007, 2009), iki dəfə 7-ci (2008 və 2012), bir dəfə isə ikinci (2010) yer tutmuşuq».

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ