Ramiz Rövşənin 66 yaşı tamam oldu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ramiz Rövşənin 66 yaşı tamam oldu

Ramiz Rövşənin 66 yaşı tamam oldu

Müəllif: Anar
//
16 dekabr 2012
//
//

Ramiz Rövşənin 66 yaşı tamam oldu

Əslən Qubadlı rayonunun Müskanlı kəndindən Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olubr. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin şeir və hekayələri bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub.

Şair Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Xəbər Lenti Giriş Populyar Reklam