150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə

150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə

Müəllif: cavidan
//
20 Şubat 2019
//
//

150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə
Fizioterapiya prosedurları bir çox dayaq aparatı, onurğa, sinir xəstəliklərində əsas müaicə kimi xəstələrdə çox tətbiq olunur. Amma bu müalicənin effektiv olmasının bir sirri var: müasir aparatları olan fizioterapiya şöbəsi və yaxşı təcrübəsi olan fizioteapevt həkim tapmaq.
Elmed Tibb Mərkəzinin Fizioterapiya şöbəsində ən müasir aparatlarla 12 illik təcrübəsi olan mütəxəssislər fəaliyyət göstərir.
Burda masaj, parafin iynəbatırma, akupunktura, biopunktura, qanalma, zəli qoyma prosedurları keçirilir.
Ən yeni elektrokombayn BTL 5000 – 150 diaqnoz olunan xəstəliklərin müalicə proqramları var.
Elmed Tibb Mərkəzinin həkim fizioterapevti Aypara Sadıqova hansı xəstəlikləri necə müalicə etdiklərini açıqladı.
-Həkim, gördüyümüz bu BTL 5000 elektrokombaynından hansı xəstələr keçə bilər və kimlərə tövsiyyə edirsiz?
- İlk növbədə ən müxtəlif onurğa xəstəliyi olanlar: skolioz, lardoz, kifoz, ostexondroz, onurğa yırtıqları, protruziyalar
-Sinir xəstəlikləri – lumbalgiya, işalgiya, radikulit, mialgiya
-Diabet xəstələrində neyropatiyalar və qan dövranı pozğunluğu
-Nevroloji xəstəliklər: nevrozlar, depressiyalar
-Serebral iflic xəstələri
-Raxit
-Gecə sidiyi saxlaya bilməyən uşaqlar
-Əyripəncəlik
-Üçlü sinir iltihabı
-İnsultdan sonrakı porezlərdə bərpaedici terapiya
-Ginekoloji problemlərdə: spaykalar, boru keçməməzliyi, sonsuzluq, iltihab, follikul yetişməməsi.
-Oynaq xəstəliklərində - artroz, artritlərdə UVÇ istifadə olunur
-LOR xəstəliklərində - haymorit, sinusit, angina, frontit, adenomalar
Bu aparatdan xoş və bədxassəli şişləri olanlara əks göstərişdir.

-Sizcə, bu xəstəliklərdə xəstənin aylarla dərmanlar qəbul edib, ağrın azaltması yaxşıdır, yoxsa fizioterapiyadan keçməsi?
-Fizioterapiya dərman müalicəsindən daha efektvidir
Bəzi xəstəliklərdə dərmanlar daxili orqanlara təsir edir. Hər dərmanın bir xeyri varsa, beş də ziyanı olur. Fizioterapiya isə birbaşa ağrı nahiyəsinə, sinirlərə yerli təsir edir. Dərmanın çatmadığı hissələri də çatır və demək olar, heç bir ziyanı yoxdur. Bİr insanın dizləri ağrıyırsa, dərman ona zəif təsir edir.

Ona mütləq yerli müalicə lazımdır.Xəstələr umumi muayineden keçib ,hekim teynati alib .Fizioterapiyaya muraciyet etməlidir

Çox olub ki, onurğa yırtığı artıq aşağı ətrafları hərəkətsiz edən xəstə bizə əlil arabasında gəlib, 1 aylıq müxtəlif müalicələrimizdən sonra öz ayaqları ilə gedib.
Qeyd edim ki, fizioterapevtik müdaxilə 10 mm-ə qədər olan yırtıqlarda təyin olunur. Ondan yuxarı böyük yırtıqlar artıq əməliyyatlıqdır.
Daban mahmizi ( şporları) podaqranı da çox gözəl müalicə edirik.
Uşaqlarda onurğa əyriliyi, skolioz oğlanlarda 25, qızlarda 20 yaşa qədər fizioterapevtik metodlarla düzəltmək olur.
3-cü dərəcəyə qədər biz müdaxilə edirik. Yenə də diaqnoza baxırıq. Çox hallarda 3-cü dərəcəni 2-ə endiririk, 2-ci dərəcəni də 1-ə kimi endiririk.

-Gənclərdə boyun ağrısı, ostexondrozdan qaynaqlanan baş ağrısında nə təklif edirsiz?
-Ostexondrozdan qaynaqlanan baş ağrısında boyun fəqərələrinin arasından keçən sinirlər sıxılır və ağrıyır. Eləcə də arteriyalar sıxılır, qan dövranı zəifləyir, başa qan getmir.
Ostexondrozda “ yaxalıq” üsulu elektrofarez təyin edirik, duzlar əridilir, əzələ tonusu götürülür, qan dövranı bərpa olunur. Boyun ostexondrozunda kompleks prosedurlar getməlidir: masaj, iynəbatırma, tok, zəli, qanalma.
İynəbatırmada da ağrı nöqtələrinə təsir edib, ağrını götürürük. Bəzi xəstələr var ki, halsızdır, parezdir, süstdür, onlarda oyadıcı nöqtələrə iynə batırılır. Üz siniri bərpası yalnız iynəterapiya ilə mümkün olur. Yatmış sinir necə bərpa olmalıdır?
İynəbatırma üzrə peşəkar mütəxəssis məşğul olmalıdır. Akupunktura üzrə illərin təcrübəsi lazımdır. O, xəstə ilə söhbət edib, özü də bir müayinə edib, auranı təyin etməlidir. Elə harda oldu, kim oldu, iynə batırsın olmaz. Bu çox ciddi elmdir. Bizdə bu sahənin peşəkarı Rəna xanım çalışır.
İynəbatırma 3 yaşından sonra uşaqlara tətbiq olunur. Gecələr sidik, nəcis saxlaya bilməyən uşaqlarda iynəbatırma ilə nöqtələrə təsir edirik.
Eləcə də kəkələmə, gec danışan uşaqlarda da işləyirik.
-Bəs son dövrün bəlası yüksək təzyiqdən xilas yolu nədir?

-Yüksək təzyiqə aid də aparatda proqramlarımız var. Eləcə də zəli, qanalma. Xəstə var ki, aylarla ağrıdan başını tutub, bir dəfə qan almaqla gözü açılır.
Zəlinin ağzında olan xüsusi ferment prosedurdan sonra bir xeyli müddət də qanda döv edir, qanı duruldur, damarı təmizləyir. O qan da başa yaxşı getdikcə təzyiq normada olur. Amma bu prosedur ildə 2 dəfə olunmalıdır.
-Aypara xanım, hazırda poliklinika və özəl klinikalarda insanların marağını nəzərə alıb, fizioterapevtik kabinetlər, mərkəzlər açılır. Şəxsən mən bu sahədə naşı kadrları da görmüşəm. Olubmu ki, digər yerlərdə səhv müalicə səbəbindən vəziyyəti yaxşılaşmayan xəstələr gəlir və insan etsin ki, peşəkarlara müraciət etsin?

-Çox olur ki, başqa xəstəxanada fizioterapiya kabinetlərində prosedurlar düzgün icra olunmadığına görə sağalmaq əvəzinə, əksinə vəziyyəti pisləşən xəstələr bizə gəlib. Bu işdə aparatlardır, şüadır, tokdur, istilikdir – hamısı saniyəsinə kimi dəqiq olmalıdır. Fizioterapiyanı fizioterapevt həkim və tibb bacısı icra etməlidir.

Məsələn, poliklinikalarda köhnə aparatlarla dərini yandırırlar. Onurğanın ətrafına şüanı tutmaq lazımdır, onurğanın üstünə yox.
Həkimsiz tibb bacısı xəstəni qəbul edib, fizioterapiya edə bilməz. Hərə bir aparat alıb, xəstə qəbul edir. Heç normal işlədə də bilmirlər. Ortada xəstənin pulu, vaxtı gedir. Dəqiq diaqnozu, anamnezi məlum olmayan insana fizioterapiya etmək olmaz.
Bir uşaq gətiriblər ki, boynu əyridir. Bəlkə elə genetikdir, o uşağın nəslində bu patologiya var. Boşuna o uşağa niyə əziyyət verək?
Bir prosedur 5 dəfə olmalıdır 10 dəfə edirlər, 10 gün olmalıdır 20 gün yazırlar. Pula görə belə səhvlər etmək olmaz, ziyandır.
Xəstə ilk növbədə həkimdən keçib fizioterapevtə getməlidir. Getdiyi yerdə də avadanlıqla, aparatlarla maraqlanmalıdır. Əgər müasir avadanlıq yoxdursa, üstəlik həmin kabinetdə tibbi diplomu olan həkim yoxdursa, elə yerlərə getməsə daha məsləhətdir.

Müsahibni aldi Yusif Məhəmmədoglu

Elmed Tibb Merkezi
Binəqədi ray. Mircəlal küç 51
Əlaqə: 050-569-13-77;

055-834-96-75

012-4-31-44-77

150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə



150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə



150 cür xəstəliyi müalcə edən aparatla dəhşətli ağrılara son– Həkim fizioterapevtlə müsahibə
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam